12 
Mar
2018
15:57
201
58
5811
Virtual karabakh

Azərbaycanlı məşhurlar Avstriya klubuna dəstək oldular – FOTO

12 Mar, 2018
15:57
5811

Azərbaycanlı məşhurlar Avstriya klubuna dəstək oldular – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın tanınmış simaları futbol üzrə Avstriyanın Şərq Regional Liqasında çıxış edən “Karabax” (Vyana) klubuna dəstək olub. 

Oxu.Az xəbər verir ki, şahmat üzrə üçqat Avropa çempionu, FİDE reytinqində dünyanın ikinci şahmatçısı Şəhriyar Məmmədyarov, yunan-Roma güləşi üzrə üçqat olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rövşən Bayramov, yunan-Roma güləşi üzrə ilk Avropa Oyunlarının qalibi, IV İslam Həmrəylik Oyunlarının çempionu Elvin Mürsəliyev, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov, karate üzrə dünya və Avropa çempionu Şahin Atamov, Azərbaycanın əməkdar artisti Səlim Abbasov, əməkdar artist, əfsanəvi “Bakılı Oğlanlar” Şən Hazırcavablar Klubunun üzvü Bəhram Bağırzadə, ATV kanalının “Həftə sonu” ictimai-siyası proqramının müəllifi, aparıcı Vaqif Aydınoğlu, ATV kanalında idman xəbərlərinin aparıcısı Sənan Şəfizadə sosial şəbəkədəki rəsmi səhifələrində “Karabax” klubunun oyunlarını izlədiklərini və onlara dəstək olduqlarını yazıblar. 

Tanınmış simalar “Karabax” Vyananın formalarını paylaşaraq kluba uğurlar arzu edib, tezliklə azərbaycanlılar tərəfindən yaradılan komandanın Avstriyanın yüksək dəstəsində mübarizə aparmasını arzulayıb.

Xatırladaq ki, azərbaycanlı soydaşlarımız tərəfindən yaradılan “Karabax” klubu 2014-cü ildə ölkənin VI liqasında çıxış etməyə başlayıb. Hazırda komanda Avstriya Ştadt Liqada (III Liqa) mübarizə aparır.

S.T.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri