14 
Mar
2018
11:27
328
103
10802
Virtual karabakh

Damla: Nə haqla atamın məzarına dil uzadırsınız?

14 Mar, 2018
11:27
10802

Damla: Nə haqla atamın məzarına dil uzadırsınız?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Damla sosial media hesabında atasının ölümündən sonra toylara getməsini qınayanlara cavab verib. 

Oxu.Az xəbər verir ki, ifaçı “Instagram” səhifəsində toylara məcburən getdiyini yazıb:

“İçinizdəki insanlığı kim öldürüb? Kənardan bir insanın həyatını müzakirə etmək, həqiqətləri bilmədən danışmaq, kiminsə könül yarasını qanatmaq bu qədərmi adi bir şeydir?

Özünə, varlığına, ailəsinə hörmət etməyən “insancıq”lar, mənim ata itkimi ələ salıb məni nə haqla qınaya bilərsiniz? 

Anamın icazəsi və hallallığı ilə işimə davam etmişəm. Bunu dərk edə bilmirsiniz, məcburam! Aylar öncə yazılmış toylar, əmanət verilən behlər, öncədən təyin olunmuş konsert salonları, satılan biletlər, xaricə uçmaq üçün alınan təyyarə biletləri, komandamın aylıq maaşı, ailəmin yükü, oğlumun təhsili və daha yazmaq istədiyim bir çox şeylər…

Bunların hesabatını kim ödəyəcəkdi? Mən təkəm, arxasızam. O şərh yazanların ağzı isti yerdədir. Ya ərləri qazanır, ya da kimlərinsə hesabına yaşayırlar. 

Siz nə haqla atamın məzarına dil uzadırsınız? Kimsiniz? Yazırsınız ki, atasının yasını saxlamır. Məndən çox canınız yanır? Yazırsınız ki, kefdəsən, puldan gözün doymur, bütün günü toylardasan.

Toy dediyiniz ailə məclisidir. Mən klublarda əlimdə içki görüntülənməmişəm, ağzınıza gələni yazırsınız. Hər gün saçımı rənglədirəm, ya atamın ölümündən sonra soyunmağa başlamışam? Nə dəyişib ki?

İllərdir ki, ürək xəstəsi olan atamın bütün çətinliyini tək çiynimdə daşımışam. Bir çox oğulun etmədiyini etmişəm. Sağlığında insana dəyər verirlər. Onu sağ ikən heç bir sıxıntıda yaşatmamışam.

Təki hamı mənim kimi ailəsinin qədrini bilsin. İçimdəki ağrını nə bilirsiniz? Utanın! Allahınız olsun, susun. Acı və itki mənimdir”.

Qeyd edək ki, Damlanın atası Qərib Məmmədov ötən ayın əvvəlində dünyasını dəyişib. 

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri