14 
Mar
2018
15:15
66
132
12601
Virtual karabakh

Afaq Kamrana: Məni başqaları ilə səhv salma – VİDEO

14 Mar, 2018
15:15
12601

Afaq Kamrana: Məni başqaları ilə səhv salma – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aparıcı Kamran Həsənlinin “Space” TV-də yayımlanan “Onda başladıq” verilişində qalmaqal yaşanıb. 

Oxu.Az-ın məlumatına görə, K.Həsənlinin müğənni Afaq Aslanı “Müğənni olmaq istəyən Afaq Aslan” kimi təqdim etməsi müğənninin xoşuna gəlməyib.

A.Aslan aparıcının bu təqdimatını “Samir Piriyevə pul ataraq yenidən efirə qayıdıb aparıcılıq etməyə üz lazım idi” sözlərini deyərək, verilişi tərk edib.

A.Aslan daha sonra K.Həsənliyə videomüraciət ünvanlayıb:

“Əslində, Kamran Həsənli adlı bir aparıcı tanımırdım. Amma bir ara mediada onun haqqında xəbərlər yazılmışdı ki, fırıldaqçıdır, Samir Piriyevdən pul alıb, qaytarmayıb. Başa düşürəm ki, yeni veriliş açıb, reytinqini kiminsə üzərində qurmalıdır. Amma Kamran Həsənli, mən sənin üçün yem deyiləm.

Sənin verilişinə reytinq lazımdırsa, onu, get, başqa müğənnilərin üzərində qur. Məni başqa müğənnilərlə qətiyyən səhv salma. Yumaram gözümü, açaram ağzımı. Özün də çox gözəl bilirsən ki, şou-biznesdə bütün müğənnilər məndən ehtiyat edir.

Sənin barəndə bildiyim elə sirlərin üstünü açaram ki, el-aləmə çıxa bilməzsən. Sən hələ camaatdan aldığın borcları qaytar. Sən kimsən ki, mənim adımı da dilinə alırsan? Yaxşı aparıcı olsaydın, səni aparıcı kimi o kanaldan bu kanala atmazdılar. Aparıcı kimi özün özünü tapmamısan.

Kamran Həsənli, mənimlə oynama. Mənə ilişən xeyir tapmır. Ona görə də həddini bil, ağıllı ol. Danışığına yiyəlik etməsən, səninlə başqa cür danışacağam”. 

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri