28 
Mar
2018
09:10
26
141
9647
Virtual karabakh

Röya Aygünün barışıq jestinə cavab verdi – FOTO

28 Mar, 2018
09:10
9647

Röya Aygünün barışıq jestinə cavab verdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Xalq artisti Aygün Kazımovanın həmkarı Röya Ayxanın adını “Instagram” hesabında “tag” edib, “Yaxşı ki, varıq” yazması müzakirələrə səbəb olub.

Oxu.Az xəbər verir ki, Aygünün bu jesti qarşısında hər kəs Röyadan müsbət bir cavab gözləyirdi.

Lakin Əməkdar artist son zamanlar humanistlik nümayiş etdirsə də, Kazımovaya əks reaksiya verib.

Belə ki, o, mediada bu paylaşımla bağlı olan xəbərləri “Instagram Story”dən paylaşaraq “Ətim töküldü, “Xod”a düşər xatirələr” sözlərini yazıb.

Röyanın bu addımı izləyicilər tərəfindən qınanıb.

Xatırladaq ki, dünən Aygün Kazımova 2002-ci il, 5 may tarixində Heydər Əliyev sarayında keçirilən özünün “Gələrsiniz, görərsiniz” konsertindən görüntülər paylaşaraq bəstəkar Vaqif Gərayzadənin doğum gününü təbrik edib.

Həmin görüntülərdə Əməkdar artistlər Tünzalə Ağayeva, Röya Ayxan, müğənnilər Natavan Həbibi, Elnarə Xəlilova və Samir Bağırov da olub.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri