Apr
2018
10:42
41
246
10423
Virtual karabakh

Türkiyəli müğənnilərin konsertində izdiham yaşandı – FOTO + VİDEO

2 Apr, 2018
10:42
10423

Türkiyəli müğənnilərin konsertində izdiham yaşandı – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən “Elektra Events Hall”da türkiyəli ifaçılar İlyas Yalçıntaş və Aynur Aydının Bakı konserti reallaşıb.

Oxu.Az xəbər verir ki, “Şirin Su”nun sponsorluq etdiyi konsert proqramında izdiham yaşanıb.

Əvvəlcə səhnəyə İlyas Yalçıntaş çıxıb. Sevilən hitlərini ard-arda səsləndirən sənətçini beş musiqiçi müşayiət edib. Canlı ifalarını azərbaycanlı və iranlı fanatları ilə birgə ifa edən Yalçıntaş alqışla qarşılanıb.

Öz repertuarından başqa Soner Sarıkabadayı, Mirkelam kimi müğənnilərin mahnılarına da müraicət edən İlyas sevənlərinə xoş dəqiqələr yaşadıb.

Həmişəkindən fərqli olaraq, tamaşaçılar da konsert zamanı fəallıq göstərib. Onlar rəqs edərək əyləniblər.

Yalçıntaşdan sonra səhnəyə Aynur Aydın çıxıb. Qısa geyimi ilə diqqət çəkən müğənni enerji dolu ifaları və rəqsləri ilə izləyənləri məst edib.

Onun fanatlarla səmimi münasibəti, fotolar və videolar çəkdirməsi də diqqətdən yayınmayıb.

Türkiyəli Dj Bulut Görsoydan gecənin gec saatlarınadək səhnədə olub. “Afterparty”də doyunca əylənən Bakı gəncləri səhərə yaxın məkanı tərk ediblər.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri