Apr
2018
09:05
88
267
7648
Virtual karabakh

Flora Kərimovanı döymək istəyiblər

5 Apr, 2018
09:05
7648

Flora Kərimovanı döymək istəyiblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Flora Kərimova maraqlı açıqlaması ilə diqqət çəkib.

Məclislərin birində başına gələn əhvalatı Oxu.Az-a danışan sənətçi döyülmə təhlükəsi ilə üzləşdiyini bildirib:

“Məclislərin birində çıxış edirdim, “Qızı olmayan ailə sonsuzdur” dedim. Bir də gördüm ki, şkaf boyda qadın əlini belinə qoyub cumdu üstümə. Çox ac idim, fikirləşdim ki, süfrədə əyləşməyə dəvət edəcək. Sonra gördüm ki, tərs-tərs baxır. Dərzim yanımda idi, qorxudan ona tərəf çevrildim “Yenə nəyisə düz demədim, hə?” deyə soruşdum. Dərzim dedi ki, onların dörd oğlu var”.

Kərimova qeyd edib ki, qadının ona hirsli baxması Xalq artistini qorxudub:

“Bir tikə də ağzıma qoymadım, dərhal çıxdım. Doğurdan da az qalsın döyüləcəkdim”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri