24 
Apr
2018
17:17
63
883
65657
Virtual karabakh

Azərbaycan teleməkanında “şey” zarafatı - VİDEO

24 Apr, 2018
17:17
65657

Azərbaycan teleməkanında “şey” zarafatı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan teleməkanında növbəti dəfə biabırçılıq yaşanıb - bu dəfə “Lider” telekanalında yayımlanan “Yarasa” verilişində. 

Çox təəssüf ki, bu gün Sərxan Kərəmoğlu, Könül Yusifqızı kimi aparıcılar teleməkana çıxış əldə edə biliblər.

Efirdə yaranmış vəziyyətdən sui-istifadə edən bu “aparıcı”lar isə səviyyəsiz addımları, hərəkətləri ilə tamaşaçının qarşısına çıxmaqdan utanmırlar.

Yusifqızına əmanət olunan proqram gecəyarısı efirə gedən “Yarasa”dır. Yarasanın “gecə quşu” olduğunu, yəqin ki, çox yaxşı bilirsiniz.

Qaranlıq düşən kimi öz yuvasından çıxıb, ətrafa nəzər salır və qaynayır...

“Yarasa” olmağın yükünü çiyinlərinə götürən aktrisa bu dəfə reytinq üçün büstqalter geyinmədən proqrama çıxmağı məsləhət bilidi.

Sözsüz ki, Yusifqızının istəyi büstqaltersiz görüntüsü ilə saytlarda xəbər mövzusuna çevrilmək imiş... Ki, bu istəyinə də çatıb.

Məqsədinə çatandan sonra isə açıqlama verib ki, bəs gərək geyinəydim, kürək dekoltemdən görünəydi? 

Bu xəbərin müzakirəsi soyumamış “aparıcı” verilişində daha bir biabırçılığa imza atıb.

O, proqram zamanı qonaqlardan biri – Gülya Bakinskayanın “Hər şeyin yaxşısı az olur” sözünə “Hər şey deyəndə ki, cümlənin ortasında yaddan çıxan sözə və ya söz birləşməsinə “şey”, “zad” deyilir”, - deyə cavab verib.

Gülya Bakinskaya daha sonra “Mən başlasam, türkün məsəli, qurtarmaq bilmirəm” sözlərini işlədib.

Onun bu sözləri studiyada gülüşlə qarşılanıb.

Səviyyəsiz dialoqlara səhnə olan bu proqramın digər tayı isə yuxarıda qeyd etdiyimiz kimi, Sərxan Kərəmoğlunun aparıcılıq etdiyi “Evimin qonaqları”dır.

Hansı ki, bu proqram zamanı Kərəmoğlu öz “yanıq”lığını peşəkarcasına tamaşaçılara nümayiş etdirir.

O, gah gələn qonağı qucağına alır, gah boynundan öpür, gah da öpüşmə səhnələrini canlandırır. Bütün bunlara isə kanal rəhbərliyinin reaksiyası sıfır dərəcəsindədir. 

Nəticədə Azərbaycan tamaşaçısı milli və mənəvi dəyərlərə zidd olan bu proqramlara baxmaq məcburiyyətində qalır.

Və əlbəttə ki, sual yaranır - hansı günahlarına görə azərbaycanlı tamaşaçı bu biabırçılığı izləmək məcburiyyətindədir? Niyə Yusifqızı, Kərəmoğlu kimi zatlar hesab edirlər ki, bu xalq onların daxili mənəviyyatını əks etdirən söhbətlərinə qulaq asmağa, hərəkətlərini izləməyə məcburdurlar? 

Əsas sual isə çox sadə səslənir - bu biabırçılığa nə vaxt son qoyulacaq?

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri