29 
Apr
2018
11:59
102
329
16799
Virtual karabakh

Dua Lipa Bakıda: Çox həyəcanlıyam – FOTO

29 Apr, 2018
11:59
16799

Dua Lipa Bakıda: Çox həyəcanlıyam – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Qran-prisi çərçivəsində “Baku Crystall Hall”da səhnəyə çıxmağa hazırlaşan dünya şöhrətli gənc müğənni Dua Lipa Bakıdadır.

Oxu.az xəbər verir ki, o, bu barədə “Instagram” hesabında məlumat verib.

Dünən gecə Bakıya gələn ifaçı uzun yol qət etdiyini yazıb:

“Uşaq vaxtı hansı bayrağın hansı ölkəyə aid olmasını tapmaq hobbim idi. Ona görə də, Azərbaycan bayrağını paylaşıram. Bütün günüm yolda keçib, axır ki, Azərbaycana çatdım. Bu, Asiyada ilk konsertimdir. “Formula 1” yarışlarını izləmək üçün çox həyəcanlıyam”.

Qeyd edək ki, Dua Lipa həmkarı – Kristina Aquileradan fərqli olaraq səhnədə 2 saat yox, 1 saat 15 dəqiqə performans sərgiləyəcək.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri