İyn
2018
16:10
35
112
6250
Virtual karabakh

Yayın ortasında “Qış nağılı” – FOTO + VİDEO

1 İyn, 2018
16:10
6250

Yayın ortasında “Qış nağılı” – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ilin ən çox baxılan “Kəklikotu” filminin istehsalçısı “Cinemazadeh” şirkəti 2018-ci ilin ən böyük layihəsi – “Qış Nağılı” filminin çəkilişlərini tam sürətlə davam etdirir.

Oxu.Az xəbər verir ki, rejissor Cəfər Axundzadənin filminin çəkilişləri Qəbələdə “Qafqaz Riverside Hotel”də aparılır. 

Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadənin ssenarisini yazdığı ekran işində Azərbaycan və Türkiyədən məşhur aktyor və müğənnilər rol alır. 

Filmin baş prodüseri və ideya müəllifi olan Cəfər Axundzadə “Qış Nağılı”nın ötən filmi “Kəklikotu”nun uğurlarını keçəcəyinə əmin olduğunu bildirir.

Film Yeni il gecəsi bir hoteldə baş verən bir neçə hekayədən ibarətdir. Qəhrəmanlar həmin hekayələr üzrə qruplaşıb:

Hotelin heyətini Əbdül Mahmudov, Elməddin Cəfərov, Aqil M. Quliyev, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra, Vüsal Hacıqədir canlandırır. 

Neçə ildir nişanlana bilməyən, nəhayət, Yeni il günü nişan etmək istəyən cütlüyün hekayəsinin qəhrəmanlarına Elcan Rəsulov, Oksana Rəsulova, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev həyat verib.

Nişanda iştirak etmək üçün hotelə gələn dostlar hekayəsinin baş qəhrəmanları Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Rövşən Məmmədli, Samirə Əfəndiyeva, Dilarə Kazımovadır. 

Ailəsinə öz hesabına böyük hotel otağı tutan imkanlı şəxslə, radioda bilet udaraq Yeni ili qeyd etməyə gələn cütlüklərin hekayəsində baş qəhrəmanları Murad Dadaşov, Günel Məmmədova, Məcid Hüseynov və Şəlalə Şahvələdqızı oynayır.

Sevgilisinə özünü sübut etmək istəyən gəncin hekayəsində qəhrəmanları İslam Mehrəliyev, Kəmalə Piriyeva və Ceyhun Zeynalov canlandırır.

Yeni il şousu üçün hotelə Türkiyədən Halil Sezai və Müge Boz dəvət olunub. 

Rejissor film haqda qısa olaraq bunları deyib: 

“Yeni il gecəsi arzular çin olur, xüsusilə həmrəy olanda. Bir neçə müxtəlif, bir-birindən maraqlı və olduqca gülməli hadisə təsadüfən bir hoteldə cərəyan etmiş olur. Həyatda isə təsadüflər olmur”.

Qeyd edək ki, bu ilin dekabr ayında kinoteatrlarda yayımlanacaq “Qış Nağılı” filminin quruluşçu rejissoru və baş prodüseri Cəfər Axundzadə, ssenari müəllifləri Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Zaur Abdullayev, geyim üzrə rəssamı Mehriban Əfəndi, qrim üzrə rəssəmı Aytən Hüseynzadə, ikinci rejissoru Kamran Ağabalayev və Vüsal Hacıqədir, musiqi direktoru Aynur Axundzadə, icraçı prodüseri Emil Davudzadə, kreativ prodüseri Xətai Əli, Marketinq direktoru isə Zaur Darabzadədir.

Pərviz Hüseyn
FOTO, VİDEO: Asim Cəlilov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri