İyn
2018
01:00
38
267
18240
Virtual karabakh

Uran və Azər Axşam qarşıdurmasında qalmaqal – FOTO + VİDEO

2 İyn, 2018
01:00
18240

Uran və Azər Axşam qarşıdurmasında qalmaqal – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xanımlar və cənablar – 2” devizi ilə yayımlanan “Maşın” realiti şousunda növbəti səsvermə keçirilib.

Oxu.Az xəbər verir ki, dördüncü gündə qutuya ən çox fotosu atılan şəxs reper Uran olub.

O, “kişi mübarizəsi” olduğunu deyərək səs toplayacağı təqdirdə Azər Axşamı çıxaracağını bildirib.

Şounun gedişi zamanı hər iki şəxsin qarşıdurması kənarda qalıb. Gözlər Mətanət Əliverdiya və Aytən Səfərova arasında olan qalmaqala köklənib. Onlar arasındakı qalmaqala səbəb günorta saatlarında Cavidan Novruz və Aytən Səfərovanın konfilikti zamanı Mətanətin aparıcının arxasınca "O kimdir ki, onun sözünə əsəbiləşirsən. O, danışığını bilmir" sözləri olub.

Səfərova Mətanətə “Sənə ayıb olsun. Sənə görə məni işdən çıxardılar” , - deyə cavab verib.

Reklam arasında yaşanan gərgin anlardan sonra Murad Dadaşov avtomobilin ətrafında yan-yana dayanan aparıcıları bir-birindən uzaqlaşdırıb.

Şounun sonunda Uran 73,73% səs toplayaraq yarışmadan Azər Axşamı kənarlaşdırıb.



Pərviz Hüseyn
FOTO: Elbrus Musayev
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri