İyn
2018
00:16
96
632
24182
Virtual karabakh

Aytən “sağ göstərib, sol vurdu” – FOTO + VİDEO

3 İyn, 2018
00:16
24182

Aytən “sağ göstərib, sol vurdu” – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xanımlar və cənablar - 2” devizi ilə yayımlanan “Maşın” realiti şousunun beşinci günündə səsvermədə ən çox qutuya şəkli atılan şəxs aparıcı Aytən Səfərova olub.

Oxu.Az xəbər verir ki, o, hədəfinin Mətanət  Əliverdiyeva olduğunu deyib.

Əliverdiyeva özünü müdafiə edərkən ANS TV-də çalışan vaxt Aytənin onun şəxsi həyatı barədə məlumatlar yazdığını iddia edib.

Səfərova isə bunun əsassız olduğunu bildirib:

“Mənim Mətanətlə münasibətim dünəndən pozulub. Görünür, Mətanətin mənə kini illərdir davam edir. Ancaq Mətanət sən bundan bir neçə il əvvəl neçə-neçə ananın bağrına duz basmısan. Hər bir aparıcı arasında fərqlər var. Mən də qışqırmağı bacarıram. Ancaq mən burada qışqırsam, sənin açdığın şpaqatın səviyyəsində olaram”.

Şou zamanı Fira Cəlilova və Uran Aytənə, İlhamə Bədəlova və Məcid Hüseynov isə Mətanətə dəstək olaraq tamaşaçılardan səs istəyib.

Sonda isə Aytən Səfərova 80,38% səs toplayıb.

O, sonda hədəfini dəyişərək aktyor Məcid Hüseynovu çıxarıb.

Pərviz Hüseyn
FOTO/VİDEO: Elbrus Musayev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri