25 
İyn
2018
10:35
27
250
7337
Virtual karabakh

Roza Zərgərli: Günaya beş minlik SMS göndərmişəm - VİDEO

25 İyn, 2018
10:35
7337

Roza Zərgərli: Günaya beş minlik SMS göndərmişəm - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Roza Zərgərli “ATV maqazin onlarla” proqramında “Hit Parad” rubrikasının qonağı olub.

Oxu.Az xəbər verir ki, “TOP 10” klipləri və mahnıları sıralayan Roza həmkarları haqda fikir bildirməkdən çəkinməyib.

İlk olaraq Günay İbrahimlidən danışan ifaçı onu ulduz hesab etmədiyini və “Eurovision” seçimlərində müğənniyə beş min manatlıq SMS göndərdiyini bildirib:

“Zaman gəlir, övladlarımız tez böyüyür. Ancaq onları qəbul etmirəm, tez böyüdü. “Eurovision”un seçim turlarında bu qıza beş min manatlıq SMS göndərmişəm, evdə kağızları da var.

Birinci təqdimatından bir həftə sonra mən “Roza xanım”dan “Roza”ya çevirildim. Mənim üçün Günay ulduz deyil. Populyarlıq insanı çaşdırmamalıdır”.

O, daha sonra Miri Yusifin telefonlarına prodüserinin cavab verməsini düzgün saymayıb:

“Mirini çoxdan tanıyıram. Populyar olandan sonra qəbuluna düşə bilmirik. Mənimlə prodüseri danışır. Prodüser o halda danışa bilər ki, mənə zəng edəndə əvəzimə köməkçim cavab versin. Kiminlə ki yaxşı münasibətlərin var, o insanlara qarşı dəyişməməlisən”. 

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri