27 
İyn
2018
12:15
82
278
5779
Virtual karabakh

Elza Seyidcahan: Qısa ətək də, şortik də geyinirəm - VİDEO

27 İyn, 2018
12:15
5779

Elza Seyidcahan: Qısa ətək də, şortik də geyinirəm - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı əməkdar artisti Elza Seyidcahan olub.

Oxu.Az xəbər verir ki, verilişdə “İctimai yerdə necə geyinmək lazımdır” mövzusu müzakirə olunub. 

Əməkdar artist mövzu ilə əlaqədar fikrini bildirərək deyib ki, hər yerin öz geyim qaydası var: 

“Tələbə vaxtı idi, konservatoriyada oxuyanda getmişdim Alim Qasımovun evinə. Fikirləşdim ki, onlar yerdə otururlar. Mən də uzun ətək geyindim ki, rahat olum. Geyim insanın daxili kökündən, sənətindən xəbər verir.

Anasına allah rəhmət etsin. Alim müəllim dedi ki, anam deyir ki, ay Alim, bu, nə yaxşı qızdır, nə uzun tumanı var. Mənim geyimim belə deyil. Mən şalvar da, qısa ətək də, şortik də geyinirəm. Amma hər yerin öz geyimi var”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri