28 
İyn
2018
16:00
57
173
24958
Virtual karabakh

Ana olmağa hazırlaşan Oksananın paylaşımı onu “ələ verdi” - FOTO

28 İyn, 2018
16:00
24958

Ana olmağa hazırlaşan Oksananın paylaşımı onu “ələ verdi” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, rəqqasə Oksana Rəsulova süni mayalanma yolu ilə ana olmağa hazırlaşır.

Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı heç bir açıqlama etməyən sənətçi sonuncu paylaşımı ilə yenidən diqqətləri üstünə çəkib.

Belə ki, Rəsulovanın paylaşımında Tibb elmləri namizədi, həkim, mama-ginekoloq Elnurə Vəliyeva yer alıb.

O, paylaşımında “Mənim gözəl ürəkli, gözəl qəlbli, ən əsası hər bir xəstəsinə sevgisini paylaşa biləcək həkimim, öz işinin peşəkarı. Beş ildir sizi tanıyıram və yanılmamışam” sözlərini yazıb.

Elnurə Vəliyevanın sosial media hesabına nəzər yetirdikdə isə, həmin fotonun 30 may tarixində çəkildiyi meydana çıxıb. 

Bundan başqa, həkimin paylaşımlarında süni mayalanma yolu ilə ana olmaq istəyənlərə tibbi yardım göstərdiyini açıq-aydın sezmək mümkündür.

Qeyd edək ki, Oksana bir müddətdir tədbirlərə qatılmır və insanların çox olduğu yerdə görünməkdən boyun qaçırır.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri