İyl
2018
12:04
31
511
32288
Virtual karabakh

Oğlu ölən Zöhrə Abdullayeva tanınmaz hala düşüb

2 İyl, 2018
12:04
32288

Oğlu ölən Zöhrə Abdullayeva tanınmaz hala düşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış teleaparıcı İradə İsak bir müüdət öncə oğlunun ölüm xəbərilə sarsılan Əməkdar artist Zöhrə Abdullayeva ilə bağlı paylaşım edib.

Oxu.Az xəbər verir ki, o, müğənninin arıqladığını və ifaçını tanımadığını bildirib:

“Sənətkarımız Zöhrə Abdullayevanın oğlunun 40 mərasiminə getmişdik. Mən onu tanımadım. Onunla tez-tez görüşən mən... Dərd adamı necə dəyişər? Bir aya 10 kiloqram itirib.

Zöhrə xanım, Allah sizə kömək olsun, səbr versin. Ürəyim parça-parça oldu. Tək övladını itirib. Necə sızlamasın? “Mənim üçün həyat bitdi” deyir. Ovutmaq mümkün deyil. Nə deyim, bilmədim. “Allah rəhmət eləsin, səbr versin”dən savayı...”

Qeyd edək ki, Abdullayevanın oğlu beyin xərçəngindən rəhmətə gedib.

 

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri