İyl
2018
02:11
41
779
9668
Virtual karabakh

Xatirə: Qızımın olmasını arzulamamışam, xoşum gəlmir

4 İyl, 2018
02:11
9668

Xatirə: Qızımın olmasını arzulamamışam, xoşum gəlmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heç vaxt arzulamadım qızım olsun, xoşum gəlmir. Onun böyüdüyü vaxt qocalığıma düşəcək, onunla məşğul ola bilməyəcəm. 

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Hər şey daxil" verilişində deyib.

İfaçı bildirib ki, ailəsinə görə heç nəyi qurban verməyib:

"Ailəmə görə heç nəyi qurban vermədim. Öz sənətimdəyəm, işimdəyəm. Çəkilişlərə də, işlərimə də, salona da gedirəm".

Xatirə "Oğluna müğənni qız alarsan?” sualını isə belə cavablandırıb:

“Zəmanə dəyişib... Alaram, amma o qızı çox yoxlayaram. Xasiyyətim başqadır. Hər zaman mübahisə aparırdım ki, niyə deyirsiz, almaram. Biz sənətimizi əskildə bilmərik. Amma o qədər çətinliklər var ki... İstəmərik bu çətinliklərdən keçək”.

Xatirə daha sonra bədən quruluşundan da söz açaraq özünü Sibel Cana bənzədib:

“Bədən quruluşum Sibel Canla eynidir. İstədiyim geyimləri geyinə bilmirəm. Allah bilir kimə nə edir. Yaxşı ki, arıq deyiləm. Yoxsa çox şeylər edərdim”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri