18 
İyl
2018
10:03
211
288
32875
Virtual karabakh

Baloğlan Əşrəfova efir qadağası qoyulub

18 İyl, 2018
10:03
32875

Baloğlan Əşrəfova efir qadağası qoyulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Baloğlan Əşrəfov efirlərə çıxmır.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bir neçə kanaldan müğənnini qonaq qismində dəvət etsələr də, sənətçi gələ bilməyəcəyini deyib.

O bildirib ki, sentyabr ayına qədər efirə çıxmağına qadağa qoyulub.

Əşrəfovun dediyinə görə, sentyabr ayında konsert verəcək, konsertin təşkilatçısı Samir Xəttab isə müğənniyə efirlərə çıxmamağı tapşırıb.

Məsələ ilə bağlı Samir Xəttabla əlaqə saxladıq. Təşkilatçı bildirdi ki, məlumat doğrudur:

“Sentyabr ayının 8-də Baloğlan Əşrəfovun konserti baş tutacaq. Müqaviləmizə və qarşılıqlı razılaşmaya əsasən, konsertə qədər efirə çıxması və mahnı oxuması qadağandır. Əgər hər hansı bir vacib məqam yaranarsa, razılaşarıq, çıxış edər. Bu kimi qadağalar dünya praktikasında hər zaman icra edilib”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri