22 
İyl
2018
15:02
38
304
8391
Virtual karabakh

Məşhurlar mətbuat nümayəndələrini təbrik etdi - FOTO

22 İyl, 2018
15:02
8391

Məşhurlar mətbuat nümayəndələrini təbrik etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Milli Mətbuatın yaranmasının 143 illiyi münasibətilə məşhurlar da mətbuat nümayəndələrini təbrik edib.

Oxu.Az xəbər verir ki, onlar sosial şəbəkə vasitəsilə təbriklərini yazıblar.

Müğənni Zamiq Hüseynov:

“Milli mətbuat gününüz mübarək!”

Nura Suri

“Bu gün Milli Mətbuatın 143 ili tamam olur. Zərdabinin yolunu şərəflə, ləyaqətlə və vicdanla davam etdirən bütün media nümayəndələrini təbrik edirəm. 

Haşiyədən kənara çıxaraq, şou jurnalistlərini isə xüsusi təbrik etmək istəyirəm. Çox sağ olun ki, bu illər ərzində yanımda oldunuz, düzü düz, əyrini-əyri yazdınız. Baxmayaraq ki, şou sahəsi çox vaxt kiçildilir, ancaq bu sahədə çalışan müxbirlərin əziyyəti danılmazdır. Qələminiz  iti, vicdanınız pak olsun!”

Aparıcı Samir Bayramlı:

“Jurnalistikanın hər sahəsində fəaliyyət göstərən əsl, peşəkar jurnalistlər, bayramınız mübarək!”

Müğənni Roza Zərgərli:

“Milli mətbuatın 143-cü ilində qələminiz iti, sözünüz kəsərli olsun, əziz dostlarım”.

Aparıcı Murad Əzimzadə:

“Bizdə öləndən sonra əvəzsiz olur adamlar. Mətbuatı öldürməyən, mətbuat üçün sözün yaxşı mənasında ölən, işini layiqincə, vicdanla həyata keçirdən, maskasız, şərəfli və bu dünyadaykən əvəzsiz olmağa layiq həmkarlarım mətbuat gününüzü təbrik edirəm”.

Müğənni Günay İbrahimli

“İlk addımlarımdan təmənna güdmədən mənə dəstək olan, böhtan atmayan, reketlik etməyən, qərəzdən uzaq olan, vicdanı ilə oturub-duran, bizi xalqın gözündən salmamağa çalışan, həqiqəti yazan bütün yazılı mətbuat üzvlərini təbrik edirəm. Bu gün sizin bayramdı və bütün xoş arzularım sizin ünvanıza gəlir. Peşəkarlar həmişə yaşayacaq, yaddaşlarda qalacaq. Uğurlar!”

Rəqqasə Fatimə Fətəliyeva:

“Qələmi ilə hər zaman bizləri diqqətdən kənarda qoymayan, vicdanlı mətbuat əhli, sizi təbrik edirəm. Nə yaxşı ki, siz bizim, biz də sizin yanınızdayıq”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri