26 
İyl
2018
11:12
41
101
8430
Virtual karabakh

Murad: İçinizin zibilliyində eşələnərkən mahnılarım tarixə çevrilir - VİDEO

26 İyl, 2018
11:12
8430

Murad: İçinizin zibilliyində eşələnərkən mahnılarım tarixə çevrilir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış müğənni və bəstəkar Murad Arif “ATV maqazin onlarla” proqramında onu müzakirə edən müğənnilərə cavab verib.

Oxu.Az xəbər verir ki, sənətçi “Instagram” hesabında onu “mövsümlük mahnıların kralı” adlandıranları xainlikdə ittiham edib:

“Deyirlər ki, “sezonnu” mahnıların kralı - Murad Arif. Siz Allah nə çəkib danışırsınız belə şeyləri? Paxıllıq və xainliyin də məntiqi olar! Siz içinizin zibilliyində eşələnərkən, nəğmələrim insanların tarixçələrinə, dolayısıyla tarixə çevrilir. Hörmətlə, balaca musiqi adamı”.

Qeyd edək ki, bəstəkarı sonuncu dəfə müğənni Lətifə Soyuöz Murad Arifin artıq hit mahnı istehsal etmədiyini, Sevil Sevinc bacıları isə sənətçinin mahnılarının yalnız üç ay hit olduğunu bildirmişdi.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri