26 
İyl
2018
15:30
406
29
4924
Virtual karabakh

İsraildə “Eurovision” ləğv edilə bilər

26 İyl, 2018
15:30
4924

İsraildə “Eurovision” ləğv edilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin “Kan” teleradio korporasiyası xəbərdarlıq edib ki, əgər 5 gün ərzində tədbirin avropalı kuratorlarının hesabına girov məbləği kimi 14 milyon dollar köçürülməsə, İsrail 2019-cu ildə “Eurovision” mahnı yarışını keçirmə hüququnu itirə bilər.

Oxu.Az “Times of Israel” nəşrinə istinadla xəbər verir ki, “Kan” rəhbərliyi bununla bağlı İsrail baş naziri Binyamin Netanyahu, eləcə də maliyyə və kommunikasiya nazirlərinə məktub göndərib. 

Bundan əvvəl, Netanyahu xəbərdarlıq edib ki, göstərilən məbləği tədbir təşkilatçılarına ödəməyəcək. 

Ümumilikdə “Eurovision” İsrailə 40 milyon dollara başa gələcək. Hökumətin fikrincə, “Kan” bu tədbirin keçirilməsi üçün məbləği illik yayım büdcəsindən xərcləməlidir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri