26 
İyl
2018
17:25
20
317
12052
Virtual karabakh

Hadisənin anasının intihar məktubu: Ağrılarım vecinizə olmadı - FOTO

26 İyl, 2018
17:25
12052

Hadisənin anasının intihar məktubu: Ağrılarım vecinizə olmadı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, türkiyəli məşhur ifaçı Hadisenin anası Gülnihal Açıkgöz intihara cəhd edib.

Oxu.Az xəbər verir ki, daha sonra müğənninin meneceri açıqlama verərək Gülnihal Açıkgözün qida zəhərlənməsində görə xəstəxanada olduğunu deyib.

Ancaq “Teve2” kanalından yayımlanan “İkinci sayfa” proqramında gerçəklər üzə çıxıb. Məlum olub ki, Hadisənin anası həqiqətən intihara cəhd edib. Belə ki, verilişin komandası Açıkgözün intihar məktubunu ələ keçirib.

Məktubda “Övladlarım, haqqınızı halal edin. Dayana bilmirəm. Bəlkə də aranızdan çəkilsəm, yaxşı olar. Ağrılar içərisindəyəm. Atanıza 20 min avroya diş düzəltdirirsiniz, ancaq mənim belimin ağrısı heç vecinizə olmadı. Neyləyək ki, vədəm yetməyib. Səbrimi daşıran isə Hadisənin “ev sizin, maşın mənimdir” deməsi idi. Hülya, ilk övladım, öncə Allaha, sonra bir-birinizə əmanət olun. Çox təəssüf ki, nə qardaş-bacım, nə də övladlarım üzümü güldürmədi. Allah sizi güldürsün”, - deyə qeyd olunur.

Hadisə isə baş verən olayla bağlı heç bir açıqlama etməyib.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri