Avq
2018
17:12
43
111
13380
Virtual karabakh

“İstanbullu gəlin”dəki tarixi ev saxta çıxdı - FOTO/VİDEO

1 Avq, 2018
17:12
13380

“İstanbullu gəlin”dəki tarixi ev saxta çıxdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki mövsümdür milyonları ekrana kilidləyən “İstanbullu gəlin” serialı haqda maraqlı fakt üzə çıxıb.

Oxu.Az xəbər verir ki, üçüncü mövsümünə hazırlaşan ekran işində “Boran konağı” adlandırılan ev serial başlamamışdan öncə yox imiş.

Belə ki, tarixi bina kimi önə çıxarılan ev, əslində, serial üçün tikilib.

Bursa memarlığının bütün ornamentlərini özündə əks etdirən iki mərtəbəli ev köhnə evlər kimi içərisində türk hamamı, həyətində hovuzu ilə birgə inşa edilib.

Hər kəs sözügedən evin Bursada olduğunu düşünsə də, əslində, ev İstanbulda yerləşən Beykoz Ayaqqabı Fabrikinin həyətindədir.

Evin tikilməsi üçün beş ay vaxt sərf olunub.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri