20 
Avq
2018
15:09
232
63
12487
Virtual karabakh

Aşıq Namiqi ölüm hədəsinə görə cəza gözləyirmi? - FOTO/VİDEO

20 Avq, 2018
15:09
12487

Aşıq Namiqi ölüm hədəsinə görə cəza gözləyirmi? - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün sosial şəbəkələrdə müğənni Mətanət Əsədovanın içki süfrəsində olan videosu paylaşılandan sonra bir çox həmkarı ifaçıya dəstək oldu.

Onların sırasında Aşıq Namiq Fərhadoğlu da var idi. Lakin Fərhadoğlu tək Mətanətə dəstək olmur, eyni zamanda, videonu yayan şəxsi bıçaqlamaqla hədələyirdi.

Bəs sosial şəbəkələrdə ictimai bir fiqur və örnək olan şəxsin kimisə bıçaqlamaqla hədələməsi nə dərəcədə düzgündür?

Məsələ ilə bağlı vəkil Elmar Süleymanlı Oxu.Az-la fikirlərini bölüşüb.

O qeyd edib ki, əgər Namiq Fərhadoğlunun hədəsinin arxasında qətiyyət dayanırsa, cəzalana bilər:

“Belə bir hərəkət xüsusilə, sosial şəbəkə vasitəsilə yolverilməzdir və pis örnəkdir. Həmin şəxsin cinayət məsuliyyətinə gəldikdə isə, kimisə hədələməyin iki forması var. Biri var, sadəcə, hədələmək. Biri də var, hədələyib fiziki cəhətdən hansısa bir tədbir görmək.

Birinci halda bunun heç bir cəzası yoxdur. Əgər hədələyən şəxs hədələdiyi şəxsi hansısa bir məkana çağırarsa və üstündə iddia etdiyi kimi, bıçaq, yaxud hansısa kəsici alət olarsa, bu zaman cəzalana bilər. Bu, həmin şəxsə zərər yetirmədiyi halda belə keçərlidir”.

Qeyd edək ki, Aşıq Namiq sosial şəbəkədə video paylaşaraq Mətanəd Əsədovanı gözdən salmağa çalışan şəxsi bıçaqlamaq istədiyini bildirib:

“Mətanəti illərdir tanıyıram, kişi kimi qadındır. Hamımız məclisə gedirik. O, böyük sənətkardır. Onun videosunu hansısa bir şərəfsiz yayıb. Mən onu harada görsəm, bıçağı qarnına soxaram. Elə şərəfsizlərə görə türmədə yatmağa dəyər”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri