23 
Avq
2018
02:00
62
302
15628
Virtual karabakh

Mehmet Ali Erbil əlil arabasına möhtac qaldı - FOTO

23 Avq, 2018
02:00
15628

Mehmet Ali Erbil əlil arabasına möhtac qaldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uzun müddətdir “Vertiqo” xəstəliyi səbəbilə çətin günlər keçirən türkiyəli aparıcı və aktyor Mehmet Ali Erbil səhnəyə əlil arabasında çıxıb.

Oxu.Az xəbər verir ki, Kiprdə bayram konserti səbəbilə səhnəyə çıxan Malini görən tamaşaçılar ilk öncə onun zarafat etdiyini zənn etsə də, o, açıqlama verərək xəstə olduğunu bəyan edib.

“Bunu bir zarafat olaraq başa düşməyin, belə şeyin zarafatı olmaz. Yeriyərkən balansımı itirirəm. Kulisdən buraya qədər əlil arabasında gəldim. Səhnəyə də belə çıxmaq məcburiyyətində qaldım. Təbii ki, həmişə belə olmayacaq. Bu çətin günlər də bitəcək”, - deyə Mehmet Ali səhnədə nitq söyləyib.

Tamaşaçılar isə ona dəstək vermək üçün Erbili alqışlayıblar.

Qeyd edək ki, “Vertiqo” xəstəliyi zamanı insanlar ətrafındakı cisimlərin hərəkət etdiyini və başını sürətli bir şəkildə çevirəndə baş gicəllənməsi hiss edir. Balansın itməsi, mədə bulantısı və qusma da “Vertiqo” xəstəliyinə aiddir.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri