Sen
2018
10:21
18
35
5566
Virtual karabakh

Xoşqədəm: Mənə Doğuşun qadın paltarında fotosunu göndərdilər - VİDEO

5 Sen, 2018
10:21
5566

Xoşqədəm: Mənə Doğuşun qadın paltarında fotosunu göndərdilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aparıcı Xoşqədəm Hidayətqızı paylaşımı ilə diqqət çəkib.

Oxu.Az xəbər verir ki, o, “Instagram”da həyat yoldaşı Doğuşun qadın paltarında olan fotosunun ona göndərdildiyini yazıb.

“Bu gün dedim ki, mənə gələn mesajlara baxım. Bir saxta hesabdan gələn foto diqqətimi çəkdi. Xatırlayırsınız, illər öncə “Show” TV-də “Benzemez kimse sana” adlı layihə var idi. O layihədə həyat yoldaşım Doğuş da var idi və Ebru Gündeşi təqlid etmişdi. Kulisdə iştirakçıların hazırlığına qədər göstərilirdi.

O hazırlıqdan fotoları özü belə “Twitter” hesabında paylaşmışdı. İndi saxta hesabdan mənə Doğuşun qadın paltarında fotosunu göndərən kişimi, qadınmı, “kişicikmi” deyim bilmirəm, nə demək istəyib?! İndi bu qadın geyinən aktyorlar neyləsin? Niyə özünüzü öldürürsünüz? Biz yaşayırıq, xoşbəxtik, halımızdan məmnunuq. Dörd il oldu. İki nur topu kimi aslanlar dünyaya gəldi. Üç yaşları olacaq, əl çəkin!”, - deyə Xoşqədəm yazıb.

Qeyd edək ki, sözügedən proqram 2013-cü ildə çəkilib. Həmin vaxtı Doğuş səhnəyə parıltılı qızılı geyimlə çıxaraq Ebru Gündeşi təqlid edib.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri