20 
Sen
2018
10:32
81
465
5189
Virtual karabakh

79 yaşlı Xalq artisti: Arvaddan qorxmayan kişi deyil - VİDEO

20 Sen, 2018
10:32
5189

79 yaşlı Xalq artisti: Arvaddan qorxmayan kişi deyil - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Teymur Mustafayev “Xəzər” TV-də yayımlanan “5/5” proqramının qonağı olub.

Oxu.Az xəbər verir ki, veriliş zamanı aparıcı Zaur Kamal ona “Xanımınızdan qorxursunuzmu?”, - sualını ünvanlayıb.

Xanəndə isə “Arvaddan qorxmayan kişi deyil. Özümü nəzərdə tuturam. Bəlkə, kimsə qorxmur. Amma bizdə evdə o, nə desə, qanundur. Evdə dəsturu xanımım verir. Mən onun nazı ilə oynayıram”, - söyləyərək Zaura cavab verib.

Qeyd edək ki, 79 yaşlı Xalq artisti veriliş zamanı xanəndə Cabbar Qaryağdıoğlunun 112 yaşında vəfat etdiyini, ona görə uzun yaşamaq istədiyini dilə gətirib.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri