20 
Sen
2018
13:03
43
215
10945
Virtual karabakh

Anar Nağılbazın atası: Oğlumu Anjelika öldürdü – VİDEO

20 Sen, 2018
13:03
10945

Anar Nağılbazın atası: Oğlumu Anjelika öldürdü – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ARB TV-nin “Səhər-Səhər” verilişi mərhum reper Anar Nağılbazın atası Rizvan Cəbiyevlə bağlı çəkiliş edib.

Oxu.Az xəbər verir ki, nəvələrinə qovuşan Cəbiyev bundan sonra hər zaman onlarla yan-yana olacağını və əlindən gələn köməyi əsirgəməyəcəyini dilə gətirib. 

“Mən bundan sonra onların arxasındayam. Nəvələrim mənim üçün Anar Nağılbazın ən böyük əsəridir. Anarla bağlı olan hər şey mənim səsimi titrədir, gözlərimi yaşardır. Ona görə məni çox danışdırmayın”, - deyə eks-deputat bildirib.

O söyləyib ki, keçmiş gəlini Anjelika Cəbiyeva ilə heç vaxt barışmayacaq: 

“Anjelika ilə bizim ulduzumuz barışmaz. O, bizə böyük dağ çəkdi. Anası bu gün də ağlaya-ağlaya deyir ki, Anarı o öldürdü. Birbaşa tapança, bıçaq və ya zəhərlə öldürməsə də, həyatına zəhər qatıb öldürdü”.

Qeyd edək ki, Anar Nağılbaz avqustun 4-də evdə, valideynlərinin yanında dünyasını dəyişib.

Pərviz Hüseyn
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri