Okt
2018
11:56
52
249
6803
Virtual karabakh

Günay İbrahimli Kiyevdə “oyun çıxardı” - VİDEO

4 Okt, 2018
11:56
6803

Günay İbrahimli Kiyevdə “oyun çıxardı” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Günay İbrahimli fərqli bir tərzdə kamera qarşısına keçib. 

Oxu.Az xəbər verir ki, o, yeni klip çəkilişi üçün Ukraynaya yollanıb. 

Üç günlük səfər zamanı rejissor Fərhad Əli və xarici komanda ilə birgə “Can atma” adlı ritmik mahnınısı ekranlaşdırıb. 

Layihə üzərində böyük bir heyət çalışıb. Çəkilişlər Kiyev şəhərində (metro, tramvay, köhnə zavod, körpü, tank üzərində) reallaşıb. 

Sənətçinin bu dəfə obrazı üzərində dizayner Nigar Atakişizadə çalışıb və Günay üçün dörd geyim hazırlanıb. 

Bundan əlavə, ekran işində İbrahimli maraqlı rəqsi ilə də diqqət çəkib. Müğənninin klipi bu gün rəsmi “Youtube” səhifəsində yerləşdirilib. 

Qeyd edək ki, “Can atma” adlı mahnının sözləri Aydan Xəndana, musiqisi İsmayıl Əsədova məxsusdur.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri