15 
Dek
2018
00:40
10
221
7037
Virtual karabakh

“Maşın Şou”da əsəb sakitləşdirici həbləri kim qəbul edir? - VİDEO

15 Dek, 2018
00:40
7037

“Maşın Şou”da əsəb sakitləşdirici həbləri kim qəbul edir? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tamaşaçılar öz televizorlarının ekranından “Maşın Şou”nun parıltılı görüntüsünü görür. Bu gün iştirakçılardan biri üçün sonuncu olacaq. Şou qaydalarına görə, avtomobilə sahib olmaq uğrunda mübarizə aparan 18 iştirakçıdan biri hər gün səsverməyə çıxarılır. Tamaşaçılar isə SMS-səsverməsi vasitəsi ilə iştirakçının şouda qalacağına yaxud avtomobillə vidalaşacağına dair qərar verir.

Tamaşaçılar öz intuisiyalarına əsaslanaraq bu və yaxud digər nəticəyə gələ bilərlər. Oxu.Az isə sizə şounun bəzi iştirakçıları ilə söhbət edərək sizə baş verənləri anlamağa kömək edəcək. Beləliklə, layihənin pərdəarxasında nə baş verir?

İştirakçıların demək olar ki, əksəriyyəti həyəcan olduğunu bildirir və hər kəs bu hisslə fərqli şəkildə mübarizə aparır. Məsələn, Nazilə Səfərli heç kim onu özündən çıxarmasın deyə, əsəb sakitləşdirici xüsusi həblər qəbul etdiyini etiraf edib. O həmçinin Ramil Nabranı özünə rəqib gördüyünü bildirib.            

Şouda qruplaşmalar haqqında sualsız da olmadı.

Səmra Rəhimlinin bildirdiyinə görə, hələlik heç bir qruplaşma yoxdur. Onu dəstəkləyən Dilarə Kazımova isə qeyd edib ki, hələlik şou yenicə başlayır və tamaşaçılar hər şeyi qarşıdakı günlərdə görəcəklər.

Öz növbəsində Xəyalə Quliyeva bildirib ki, iştirakçılardan hər biri bir-birinə rəqibdir. O həmçinin avtomobilə özünün yiyələnəcəyini deyib.

Oqtay Kamil Mansur Şərif də bildiriblər ki, iştirakçılardan hər biri təhlükəlidir.

Sizə xüsusi reportajı təqdim edirik.

Qeyd edək ki, “Maşın Şou. Hind Kinosu”nun informasiya dəstəyi Baku.TV-dir.

Cavid Osmanov, Sail Ağasəlimoğlu
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri