15 
Dek
2018
00:56
70
239
13836
Virtual karabakh

Oqtay Kamil “Maşın Şou”nu tərk etdi - VİDEO

15 Dek, 2018
00:56
13836

Oqtay Kamil “Maşın Şou”nu tərk etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Maşın Şou. Hind Kinosu”nun 18 iştirakçısından 17-si qalıb.

Oxu.Az xəbər verir ki, şounun qaydalarına əsasən, hər axşam anonim səsvermə vasitəsilə şounu tərk edəcək bir nəfər seçilir.

Bu axşam iştirakçıların seçimi Sərxan Kərəmoğlu olub. Şounun aparıcısı Murad Dadaşov SMS-səsverməsi yolu ilə şounu tərk edəcək iştirakçının taleyini həll etmək üçün tamaşaçılara müraciət edib. Tamaşaçıların 56 faizi S. Kərəmoğlunun şouda qalmasına səs verib. Öz hüququndan istifadə edən Sərxan öz səsini verib və bununla da Oqtay Kamili layihədə iştirakdan məhrum edib.

“Kişi kimi mübarizə aparmaq lazımdır”, - deyə O. Kamil baş verənləri şərh edib.

S. Kərəmoğlu isə bildirib ki, öz oyununu yalan üstündə qurmaq olmaz.

Qeyd edək ki, “Maşın Şou. Hind Kinosu”nun informasiya dəstəyi Baku.TV-dir.

Cavid Osmanov, Sail Ağasəlimoğlu
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri