20 
Dek
2018
00:29
343
100
19929
Virtual karabakh

Tamaşaçıların sevimlisi rekord sayda səs yığdı və “Maşın şou”da qaldı

20 Dek, 2018
00:29
19929

Tamaşaçıların sevimlisi rekord sayda səs yığdı və “Maşın şou”da qaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tamaşaçıların sevimlisi! “Maşın şou. Hind kinosu”nun aparıcısı Murad Dadaşov şoudan çıxmağa namizəd olan Xose Bernardonu məhz belə adlandırdı.

Oxu.Az xəbər verir ki, məhz tamaşaçılar Bernardonun şouda qalıb-qalmayacağına qərar verirdilər.

Bernardo rəqibinin adını açıqlamamaqla, bu sirri özündə saxlamaq istəyirdi, çünki tamaşaçıların onu xilas edib-etməyəcəyinə əmin deyildi. Lakin gözlənilməyən baş verdi.

Xose Bernardonun şouda qalmasına rekord sayda səs verildi – 89,49 faiz. Bu sezon belə bir hal olmamışdı.

Öz növbəsində Xose Bernardo layihənin ən yaşlı iştirakçısı olan Allahverdi Yolçuyevi şoudan uzaqlaşdırdı.

Qeyd edək ki, “Maşın Şou. Hind kinosu”na informasiya dəstəyini Oxu.Az və Baku.TV verir.

Cavid Osmanov
FOTO: Valeh Arifoğlu
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri