21 
Dek
2018
00:26
84
193
13347
Virtual karabakh

Aydan Axundzadə “Maşın Şou”nu tərk etdi - FOTO

21 Dek, 2018
00:26
13347

Aydan Axundzadə “Maşın Şou”nu tərk etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Maşın şou. Hind kinosu”nda qadın iştirakçılarının uğursuzluq zolağı davam edir.

Oxu.Az xəbər verir ki, bu gün iştirakçılar şoudan çıxmağa namizəd qismində aktrisa Aydan Axundzadəni görmək istədilər.

Tribunaya çıxan Aydan qapalı oyun aparmaq və rəqibinin adı açıqlamamaq qərarına gəldi. Lakin tamaşaçılar onu xilas etmədilər. 58.52 faiz səs Aydanı oyunu davam etdirmək imkanından məhrum etdi.

Sonda Aydan öz rəqibi kimi Nazilə Səfərlinin adını çəkdi.

Qeyd edək ki, “Maşın Şou. Hind kinosu”na informasiya dəstəyini Oxu.Az və Baku.TV verir.

Cavid Osmanov
FOTO: Musa Vladimir 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri