24 
Yan
2019
16:57
59
104
4757
Virtual karabakh

Abbas Bağırova qarşı dələduzluq edənin məhkəməsi başladı

24 Yan, 2019
16:57
4757

Abbas Bağırova qarşı dələduzluq edənin məhkəməsi başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Oxu.Az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Daha sonra zərərçəkmiş qismində tanınan Xətai Yusifov vəsatət qaldırıb. O, mülki iddia qaldırdığını bildirib. Vəsatət təmin edilib, mülki iddia icraata götürülüb. Məhkəmənin baxışı fevralın 5-nə təyin edilib. 

İttihama görə, O.Mehrəliyev Maman Nadirovanın etibarından sui-istifadə edərək Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edərək ümumilikdə 55 min manat pulunu alıb.

Bundan başqa o, köməkçisi olduğu tanınmış müğənni Abbas Bağırovun Bakı şəhər Yasamal rayonunda Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 35 min manat olan 28 kvadratmetr torpaq sahəsini ələ keçirib.

Həmçinin, o, Abbas Bağırova məxsus, yuxarıda adı çəkilən torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək 10 min manat alıb.

Bundan başqa o, Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 min 500 manat alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib.

O, təkrarən Maman Nadirovadan 2017-ci ildə 3500 manat alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri