31 
Yan
2019
12:17
17
54
2115
Virtual karabakh

“Qremmi” laureatlarının siyahısı sosial şəbəkəyə sızdı

31 Yan, 2019
12:17
2115

“Qremmi” laureatlarının siyahısı sosial şəbəkəyə sızdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qremmi” mükafatlandırma mərasimi təhlükə altında qalıb. Belə ki, mərasimə iki həftə qaldığı bir vaxtda qaliblərin rəsmi saytda dərc olunmalı siyahısı müəmmalı şəkildə internetə sızıb. Bunun kibermüdaxilə və ya texniki xəta nəticəsində baş verib-vermədiyi hələlik məlum deyil.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ mətbuatında məlumat yayılıb.

Əgər, internetə sızan məlumat həqiqidirsə, deməli, ilin mahnısı Ledi Qaqa və Bredli Kuper duetinin “Ulduz doğulub” filmində ifa etdiyi “Shallow” mahnısı seçilib.

Ən yaxşı albom nominasiyasında Teylor Sviftin son albomu qalib gəlib. Digər kateqoriyalarda isə Drey, Arktik Mankis, Fallaut Boy, Ceyzi və Beyons dueti və digər ifaçıların adları qalib kimi hallanır.

“Qremmi” təşkilatçıları qalmaqalların yaranmasından sonra ictimaiyyəti sakitləşdirməyə çalışıb. Onlar mətbuata sızan məlumatların həqiqəti əks etdirmədiyini və qalib adların mükafatlandırma mərasiminin ən son anında məlum olacağını bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri