27 
Apr
2019
09:57
122
583
22673
Virtual karabakh

Faiq Ağayevə vəzifə verildi

27 Apr, 2019
09:57
22673

Faiq Ağayevə vəzifə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Faiq Ağayevə vəzifə verilib.

Oxu.Az xəbər verir ki, sənətçi “Azad Azərbaycan”(ATV) televiziyasında Bədii Şuraya üzv seçilib. 

Bu barədə Ağayevin özü şəxsi “Facebook” hesabında yazıb.

“ATV-nin Bədii Şurası ilk iclasını keçirdi. Əsaslı fikir mübadiləsi oldu, yaranmış probləmlərin həll yolları müzakirə edildi, yayımın keyfiyyətinə yönəlmiş əməli təkliflər səsləndi.

Yerli TV-lərə qarşı cəmiyyət olaraq bildirdiyimiz narazılığa, irəli sürdüyümüz iradlara səbəb olan çatışmazlıqları aradan götürmək üçün bu məsuliyyətli vəzifədə də bilik və bacarığımı maksimum dərəcədə sərf edəcəyəm”. 

Qeyd edək ki, bədii şura üzvləri arasında MGP-nin rəhbəri Murad Dadaşov, əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə də var.

Şuranın sədri isə məşhur telejurnalist Etibar Babayevdir. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri