19 
May
2019
02:53
109
246
9918
Virtual karabakh

“Eurovision-2019”da səsvermə bitdi - YENİLƏNİB

19 May, 2019
02:53
9918

“Eurovision-2019”da səsvermə bitdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tel-Avivdə “Eurovision-2019” beynəlxalq mahnı yarışmasının finalı keçirilir. Artıq səsverməyə yekun verilib.

Oxu.Az xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, builki müsabiqənin birincisi Niderland təmsilçisi Dunkan Lorens (Duncan Laurence)  olub.

O, “Arcade” mahnısını ifa edərək həm münsiflərdən, həm də tamaşaçılardan ümumilikdə 492 xal qazanıb.

II yeri 465  xalla İtaliya təmsilçisi Mahmud (Mahmood) tutub, müsabiqənin üçüncüsü isə Rusiya təmsilçisi Sergey Lazarev olub – 369 xal.

Azərbaycan təmsilçisi Çingiz Mustafayev 297 xalla 7-ci yerdə qərarlaşıb.

01:16

Tel-Avivdə “Eurovision-2019” beynəlxalq mahnı yarışmasının finalı keçirilir.

Oxu.Az xəbər verir ki, birinci və ikinci yarımfinalda iştirak edib finala vəsiqə qazanan 26 ölkənin təmsilçiləri artıq öz çıxışlarını yekunlaşdırıblar.

Aparıcılar Ekspo Mərkəzin səhnəsindən səsverməyə rəsmən start veriblər.

Qeyd edək ki, yarışmada Azərbaycan özünə səs verə bilməz. Yalnız xaricdə yaşayan həmvətənlərimiz səsvermə hüququna malikdir.

23.10

İsrailin paytaxtı Tel-Əviv şəhərində düzənlənən sayca 64-cü “Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsinin final gecəsi start götürüb.

Oxu.Az xəbər verir ki, birinci və ikinci yarımfinalda uğurlu nəticə göstərərək finala vəsiqə qazanan 26 ölkə - Malta, Çexiya, Rusiya, Danimarka, San-Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Hollandiya, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstriya, Almaniya, Albaniya və İspaniya nümayəndələri qələbə uğrunda mübarizəyə başlayır.

Bütün çıxışlar yekunlaşdıqdan sonra müsabiqədə iştirak edən 41 ölkə ilı canlı bağlantı qurulacaq. Hər bir ölkənin tanınmış siması 1-dən 12-dək digər ölkələrin hesabına səs göndərəcək. Azərbaycandan veriləcək səsləri İTV-nin canlı efirindən Xalq artisti Faiq Ağayev fransız dildə elan edəcək.

Verilən ballar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək. Keçirilən bu özəl səsvermə prosesi yarışmanın ən çox maraq və müzakirə olunan anlardan biridir. Bu cür səsvermə şəffaflığın təmin edilməsi məqsədi ilə aparılır.

Yarışmaya əlavə rəng qatmaq üçün illər öncə “ Eurovision”da qalib gələn və yaddaşlarda həkk olunan Netta Barzilai, Dana International, Konçita Vurst, Mons Zermerlyova və Verka Serdyuçka çıxış edəcək. Mahnı müsabiqəsinin fəxri qonağı dünya şöhrətli müğənni Madonna olacaq. Pop kraliça bu gecə səhnədə özəl repertuar və gözoxşayan şou sərgiləyəcək.

Şouda aparıcılıq Bar Refaeli, Erez Tal, Assi Azar və Lusi Ayouba həvalə olunub.

Qeyd edək ki, ölkəmizi nüfuzlu beynəlxalq müsabiqədə müğənni Çingiz Mustafayev “Truth” (Həqiqət) adlı mahnı ilə 20-ci nömrə altında təmsil edəcək.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri