20 
May
2019
22:15
484
52
12797
Virtual karabakh

Kərimi yolda döydülər: İş polisə verildi - VİDEO

20 May, 2019
22:15
12797

Kərimi yolda döydülər: İş polisə verildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Kərim Abbasov yolda hücüma məruz qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə Kərim şəxsi “İnstagram” hesabında paylaşdığı videoya yazdığı şərhdə məlumat verib. 

Hadisə bağdan qayıdarkən baş verib. Belə ki, Kərimin yaydığı videodan da göründüyü kimi, maşından düşən bir şəxs əlində telefonla video çəkən adama yaxınlaşaraq, ona yumruq zərbələri endirir. 

Kərim yumruqlanan şəxsin özü olduğunu iddia edir və hadisə ilə bağlı 102-yə məlumat verib.
Müğənni saytımıza açıqlamasında ciddi xəsarət almadığını bildirib:

“Danışacaq durumda deyiləm. İş artıq polisə verilib. Hücüma məruz qalmışam. Xoşbəxtlikdən ciddi xəsarət almamışam”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri