21 
May
2019
13:30
152
197
17213
Virtual karabakh

Günay Musayeva sevgilisini bıçaqladı

21 May, 2019
13:30
17213

Günay Musayeva sevgilisini bıçaqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva sevgilisi Taha Tatlıcını bıçaqlayıb.

Takvim”in xəbərinə görə, hadisə Tatlıcının Günay və oğlu Cahangiri döyməsi səbəbindən baş verib.

Tatlıcı polisə şikayət verib. Bundan sonra İstanbul Ailənin Qorunması Bürosunda hadisə ilə bağlı istintaq başlayıb.

“Taha çox əsəbi idi. Oğlumu döydü. Oğlumu və özümü qorumaq üçün bıçağı götürərək qarşısına keçdim. Üstümə hücum edəndə bıçaq ona batdı. Mən özümü qoruyurdum”, - Günay hadisə ilə bağlı açıqlamasında deyib.

Musayevanın barəsində 2,5 il həbs cəzası istənilib.

Bıçaqlanan Taha Tatlıcı isə model və oğlunu döyməsi ilə bağlı iddialar qarşısında səssizliyini qoruyur.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri