15 
İyl
2019
10:30
184
126
7113
Virtual karabakh

Emin Ağalarov məşhur jurnalı aldı

15 İyl, 2019
10:30
7113

Emin Ağalarov məşhur jurnalı aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Xalq artisti, “Crocus Group”un vitse-prezidenti Emin Ağalarov “OK!” jurnalının yeni sahibidir.

Müğənninin özü məlumatı RBK-ya təsdiq edib.

E.Ağalarovun sözlərinə görə, məsələ ilə bağlı razılaşma yaxın vaxt ərzində yekunlaşacaq.

Hazırda OK! nəşrinin qeydiyyatı haqqında şəhadətnamə “AS Rus Media” SC-nin adına rəsmiləşdirib. Xalq artisti bildirib ki, “AS Rus Media” ona jurnalı OK! əmtəə nişanı, nəşrin saytı və komandası ilə birlikdə verəcək.

E.Ağalarovun sözlərinə görə, Vadim Vernik OK! jurnalının baş redaktoru olaraq qalacaq, nəşrin redaksiya siyasəti dəyişməyəcək.

Xatırladaq ki, OK! brendinin sahibi hazırda Britaniyanın “Reach” media qrupudur. 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri