16 
İyl
2019
01:41
293
53
12500
Virtual karabakh

Zelenski dənizə girdi, sosial şəbəkədə fikirlər haçalandı - VİDEO

16 İyl, 2019
01:41
12500

Zelenski dənizə girdi, sosial şəbəkədə fikirlər haçalandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Prezidenti Vladimir Zelenski növbəti dəfə sosial şəbəkədə tənqidlərə məruz qalıb. 

Oxu.Az urkayna mətbuatına istinadən xəbər verir ki, buna səbəb dövlət başçısının səfərə yollandığı Odessa şəhərində çimərliyə gedib, dənizə girməsi olub.

Çimərlik ərazisinə gələn Zelenski yerli əhali ilə söhbət edib, daha sonra Administrasiya rəhbəri və digər iş adamları ilə birlikdə dənizə girib.

Onun bu addımı isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi izləyicilər bu hərəkətin prezidentə yaraşmadığını bildiribsə, digərləri Zelenskiyə tərəf çıxıb.

Qeyd edək ki, bir müddət öncə Ukrayna Prezidenti Vladimir Zelenskinin fontanın üzərindən qaçaraq keçməsi ətrafdakı insanlar tərəfindən təəccüblə qarşılanıb.

Teatr meydanında fontanın üzərində qaçan Vladimir Zelenskini cangüdənləri müşayiət edib. Onun bu hərəkəti də sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmamışdı.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri