27 
Sen
2019
15:03
19
102
8205
Virtual karabakh

Maykl Ceksonun niyə maska və plastrdan istifadə etdiyi məlum olub

27 Sen, 2019
15:03
8205

Maykl Ceksonun niyə maska və plastrdan istifadə etdiyi məlum olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maykl Ceksonun cangüdəni Metta Fiddes “pop kralı”nın burnuna niyə plastr yapışdırdığını və maska geydiyini açıqlayıb.

Metta Fiddesin fikrincə, musiqiçi həyatının dünyanın ən böyük sirrinə çevrilməsini istəyirdi.

Onun sözlərinə görə, müğənni bunu izləyicilərin və medianın diqqətini çəkmək üçün edib:

“O, jurnalistləri necə manipulyasiya edəcəyini və ön plana necə çıxacağını yaxşı bilirdi. 90 faiz hallarda hər şey onun istədiyi kimi gedirdi. Bu, xüsusən də onun ən sevimli taktikası olan plastrlarla işə yarayırdı.

Musiqiçi həyatını dünyanın ən böyük sirrinə çevirməyə çalışırdı, amma bu xoşagəlməz nəticələr doğurdu”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri