Okt
2019
10:16
24
99
2898
Virtual karabakh

Mayli Sayrus yeni sevgili tapdı - VİDEO

5 Okt, 2019
10:16
2898

Mayli Sayrus yeni sevgili tapdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həyat yoldaşı Liam Hemsvorsla ayrıldıqdan sonra Mayli Sayrus rəfiqəsi Kaitlin Karterlə görüşməyə başlayıb. 

Bu romanın ömrü qısa olub, amma 26 yaşlı müğənninin təkliyi çox sürməyib. Belə ki, o Avstraliya müğənnisi Kodi Simpsonla görüşməyə başlayıb. 

2014-cü ildə onların arasında sevgi münasibətlərinin olması haqda söhbətlər gəzsə də, Kodi açıqlamasında bildirib ki, onu Mayli ilə yalnız dostluq əlaqələri birləşdirir. 

Ötən gün cütlük restoranların birində medianın obyektivinə tuş gəlib. Onlar şam yeməyində səmimi görüntüləniblər.

TMZ-nin lentə aldığı görüntülərdən aydın olur ki, Sayrus Kodinin qucağına oturaraq, onu öpüb. Sosial mediada yayılan görüntülər müzakirə predmetinə çevrilib. İzləyicilər iki məşhurun sevgi münasibətlərinə başladığını yazıblar.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri