Okt
2019
04:28
93
28
2483
Virtual karabakh

Hollivud 2 yeni “Matrix” üzərində işləyir

7 Okt, 2019
04:28
2483

Hollivud 2 yeni “Matrix” üzərində işləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın “Warner Bros. Picture Group” kino şirkəti "Matrix" filminin davamı və əvvəli üzərində işləyir.

Bu barədə ssenarist Zak Penn ozünün Twitter səhifəsində bildirib.

“İnsanlar tez-tez soruşur və mən aydınlıq gətirmək istəyirəm: “Warner Bros” eyni zamanda iki fərqli film hazırlayır”, - deyə ssenarist bildirib.

Pennın sözlərinə görə, o prikvel (hadisələrin əvvəli) üzərində işləyir, rejissor Lana Vaçovski isə sikvel (hadisələrin davamı) hazırlayır.

Daha əvvəl məlum olub ki, kinoşirkət məşhur “Matrix”i yenidən canlandırmaq qərarına gəlib. 2020-ci ildə çəkilişləri başlanacaq filmin baş rollarında yenidən Kianu Rivz və Kerri-Enn Moss çəkiləcək.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri