29 
Okt
2019
14:44
277
157
16090
Virtual karabakh

Fədayə Laçın: Tale məni yaman yerdə sınadı - VİDEO

29 Okt, 2019
14:44
16090

Fədayə Laçın: Tale məni yaman yerdə sınadı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi məşhur müğənni Fədaya Laçın azadlığa çıxıb.

Oxu.Az xəbər verir ki, “Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” proqramının aparıcısı canlı efirdə iki illik məhbus həyatından sonra azadlığa çıxan Fədaya Laçınla telefon bağlantısı yaradıb.

Fədaya Laçın iki il ərzində onun yolunu səbirsizliklə gözləyən sevənlərinə və onu hər zaman dəstəkləyənlərə səslənərək ürək sözlərini dilə gətirib:

“Çox yaxşıyam. Allah heç kimi ailəsindən uzaq salmasın. Ailəmdən iki il ayrı düşdüm. Allah bunları heç kimə qismət etməsin. Bütün məhbus yaşayan insanların qapısı açılsın. Xalqımızın qarşısında baş əyirəm. Ora düşdüyüm üçün bütün sevənlərimin qarşısında üzr istəyirəm. Bir daha onları üzməyəcəyəm. Tale məni yaman yerdə sınadı.

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə iki ilə endirilib və o, bu gün azadlığa buraxılıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri