14 
Noy
2019
14:06
44
205
8227
Virtual karabakh

Özündən 48 yaş böyük kişi ilə evlənən aktrisa boşanır - VİDEO

14 Noy, 2019
14:06
8227

Özündən 48 yaş böyük kişi ilə evlənən aktrisa boşanır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Həyat davam edir” adlı serialında uşaq gəlin obrazı ilə məşhurlaşan türkiyəli aktrisa, 32 yaşlı Məltəm Miraloğlu 80 yaşlı amerikalı ərindən boşanır.

Məltəm xoşbəxt olmadığını və çarəsiz qaldığı üçün özündən 48 yaş böyük varlı amerikalı ilə evləndiyini açıqlayıb.

Boşanma ilə bağlı müraciət edən aktrisa evdən polisin köməyi ilə çıxacaq. Çünki adi bir mübahisə baş verən zaman ABŞ-da problem yaşaya bilər. 80 yaşlı amerikalı isə aktrisadan boşanmaq istəmir.  

Aktrisanın boşandıqdan sonra Türkiyəyə dönmək fikri yoxdur.

Aktrisanın yaxın dostları onun davamlı olaraq ağladığını, tez bir zamanda ərindən boşanmaq istədiyini bildiriblər.

Xatırladaq ki, aktrisanın Türkiyədəki ailəsinin və dostlarının bu evlilikdən xəbəri olmayıb. 

Məltəm ABŞ-da dil biliyini zənginləşdirmək üçün kursa başlayıb. 

Qeyd edək ki, səkkiz il öncə aktrisanın “Həyat davam edir” adlı serialda canlandırdığı 15 yaşlı Həyat 70 yaşındakı Abbasla evlənmişdi.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri