25 
Noy
2019
05:47
32
54
6063
Virtual karabakh

Lobodanın çəkildiyi “Rammstein”ın yeni klipinə 2 gün ərzində bir milyon insan baxdı - VİDEO

25 Noy, 2019
05:47
6063

Lobodanın çəkildiyi “Rammstein”ın yeni klipinə 2 gün ərzində bir milyon insan baxdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın “Rammstein” rok-qrupu yeni klipini tamaşaçılara təqdim edib.

“YouTube”da yerləşdirilən klipdə baş rolda Rusiyanın məşhur müğənnisi Svetlana Loboda çəkilib. Videoya 2 gün ərzində bir milyondan çox insan baxıb.

Klipdə Loboda qab-qacaq fabrikinin işçisi, Lindemann isə onun rəisi və həmçinin ərinin qardaşı qismində çıxış edib. Rəisin gizli ehtirası zorlama cəhdinə gətirib çıxarır.

Klip Sankt-Peterburq şəhərində çəkilib, rejissoru isə Sergey Minadzedir. Qalmaqallı klipləri ilə tanınan “Rammstein” ilk dəfə olaraq bunun üçün rusiyalı rejissora müraciət edib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri