27 
Noy
2019
15:30
165
37
5585
Virtual karabakh

Dörd yaşlı qızın ifası Haluk Leventi məst etdi - FOTO/VİDEO

27 Noy, 2019
15:30
5585

Dörd yaşlı qızın ifası Haluk Leventi məst etdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“TV8”in sahibi, prodüser Acun İlicalının aparıcısı olduğu “O Səs Türkiyə” yarışması yenidən kənd uşaqları tərəfindən təqlid edilib.

Oxu.Az xəbər verir ki, Türkiyədəki kəndlərdən birində çəkilən videoda dörd yaşlı qızın mükəmməl performansı və ifası qısa müddət ərzində sosial şəbəkədə hər kəsin marağına səbəb olub.

Balaca qız müğənni Haluk Leventin “Anlasana” mahnısını səsləndirib. Onun bu ifası müğənni tərəfindən bəyənilib.

Dörd yaşlı qızın videosunu paylaşan Haluk Levent balacalarla birlikdə gözəl konsert verməyin mümkün olduğunu yazıb:

“Sizləri yeyərəm. İfada heç bir “detone” yoxdur. Doqquzuncu saniyədəki nəfəsin düzgün idarə edilməsi möhtəşəmdir. Bu balaca uşaqlarla birlikdə çox gözəl konsert vermək olar”.

Qeyd edək ki, bir müddət öncə Diyarbəkirdəki kənddə bir neçə uşaq adıçəkilən proqramı təqlid edərək, telefonda lentə alıb və sosial şəbəkədə paylaşıb. Həmin görüntüləri Acun öz səhifəsində yerləşdirərək, “İlk işim sizi tapmaq olacaq” qeydini yazıb. 

Acun sözünü tutataraq, həmin kəndin məktəbindən 50 şagird və 10 müəllimi İstanbula dəvət edib.

 

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri