Dek
2019
06:28
76
156
14241
Virtual karabakh

Anna Semenoviç sinəsini 5-ci ölçüyə qədər kiçiltdi – VİDEO

Rusiyalı ulduz müğənni Anna Semenoviç sinəsinin ölçüsünü azaltmaq üçün plastik cərrahiyyə əməliyyatı edib.

Bunu o NTV telekanalının “Milyonluq sirr” verilişində açıqlayıb.

Bir neçə il əvvəl Semenoviçdə "qiqantomastiya" aşkar edilib: sinəsi 6-cı ölçüdən yuxarı olan qadınlara belə diaqnoz qoyulur.

Ulduzun etirafına görə, buna səbəb tək genlər deyil, həm də stres keşirməsi olub. 5 il əvvəl o hormonal nasazlıq keçirib və bədən ölçüləri artıb.

Semenoviç bildirib ki, yersiz suallar və atmacalar onu boğaza yıgıb və o özünü “çox bədbəxt” hiss edirmiş.  

Ətrafdakıların gülüşlərinə son qoymaq üçün qadın həkimlərə müraciət edib və Amerikada cərrahiyyə əməliyyatı keçirərək sinəsini 9-cu ölçüdən 5-ciyə gədər kiçildib.

“Blestyaşiye” qrupunun keçmiş ifaçısı Semenoviç həm də hamiləlikdən qabaq “yükü atmaq” istədiyini bildirib.

O verilişin efirindən üzünü başqalarını ələ salan insanlara tutub: “Düşünün ki, sizin sözləriniz həmin adama nə dərəcədə təsir edə bilər”.

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri