Dek
2019
19:44
51
158
7295
Virtual karabakh

Röya ilə Brilliant “Super” sözünə görə düşmən kəsildilər - VİDEO

Xalq artisti Röya Ayxan “İctimai TV”də yayımlanan “3D” proqramında etdiyi açıqlamaları ilə gündəmi alt-üst edib.

Oxu.Az xəbər verir ki, Dadaş Dadaşlinski Brilliant Dadaşovanın onun qonağı olan zaman erməni ifaçının paylaşımına “super” şərhi yazmağına sərt reaksiya verib.

Brilliant Dadaşova isə öz növbəsində bildirib ki, musiqinin milliyyəti yoxdur. Hansı millətin musiqisini bəyənəcəmsə, ona yenə də “super” şərhini yazacam.

Röya isə hadisəyə belə reaksiya verib: “O zaman nəyə görə şərhi pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Ümumiyyətlə, danışmadığım müğənninin mahnısını zümzümə edərəm, amma millətimi incidənə “super” yazmaram. Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb. Hələ bu qədər əziyyət qabağında “super” yazacam? Heç vaxt! Brilliant xanımla bu barədə razı deyiləm. Fikrini deyib, sonra da pozub”.

Röyanın proqramdakı qalmaqallı çıxışı cavabsız qalmayıb. Xalq artisti Brilliant Dadaşova şəxsi “İnstagram” hesabında “Şükür ola” klipini  yayımlayaraq, qarşı tərəfin adını çəkmədən, sərt ismarıc ünvanlayıb:

“Səhnəyə çıxdığım gündən indiyə kimi təriflədiyim hər kəs fürsət tapdıqca kölgəmi qılıncladı. Mən də hər zaman musiqilərimə, sənətimə və sizlərə güvənərək təsəlli tapdım. Şükür olsun, arzularımın adamı həyatımdadır”.

Xalq artisti Brilliant Dadaşova həmkarından inciyərək onu “İnstagram”da izləmə siyahısından çıxarıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

#brilliantdadashova 😘 Sehneye Çıxdığım Günden indiye kimi, Teriflediyim Her kes Fürset Tapdığca Kölgemi Gılıncladılar - Men de Her zaman Musigillerime -SENETİME ve Sizlere Güvenerek Teselli Tapdım 🙏😘💝🌺Şükür ola heyatımdadır arzularımın Adamı 😊 Eziz Dostlar yaxşı ki Siz Varsız 😘😊💝🌺 Söz Mus @ferid_kerimli_ Çekiliş @caspian_media_holding Make up @elnurhasanov_ Saç @hagina_salon Alişkam @kennmehdi @marina.dar @aglamour_fashion_house @cemil_dadashov_official @_gzhanum_dadashova @el.arass - Pr @nigu25 😘😘😘🙏🙏🙏 @mtv_az ,@radio106.3 təşəkkürlər 🙏🙏❤️😘

Публикация от Brilliant Dadashova (@brilliantdadashova)

Sosial şəbəkələrdə müzakirə olunan iki Xalq artistinin arasında yaşanan qalmaqal getdikcə daha da alovlanıb. Brilliant Röyaya üstüörtülü cavab versə də, bununla da ürəyi soyumayıb. O şəxsi “Instagram” hesabında  açıq şəkildə Röyaya sərt video mesaj ünvanlayıb:

“Bayaqdan zəng vururlar, hamıya ayrı cavab verə bilmirəm. Röyadan bunu heç vaxt gözləməzdim. Publikaya oynamaq yaxşı şey deyil. Röya bu mövzunu bilmirsə, deyərdi ki, xəbərim yoxdur. Xəbərdar olmadığın nədənsə danışmaq olmaz. Vətənpərvərlik hissləri ilə oynamaq yaxşı bir şey deyil. Qarabağ hamımızın yaralı yeridir. Qarabağlı deyiləm, amma azərbaycanlıyam!”

Qarabağda döyüş bölgələrində dəfələrlə əsgərlərə mənəvi dəstək olmuşam. Lazım olan yerdə mübahisə etmişəm. Amma həkim olsaydım, müharibə şəraitində xəstə əsgər gətirsəydilər, müalicə edərdim. Diplomat olsaydım, masada oturub müharibə şəraitində olduğumuz dövlətlə söhbət edərdim.

Biz musiqiçiyik. Bizim “Tərəkəmə”, “Vağzalı” kimi musiqilərimizi yüksək səviyyədə dünyaya göstərirsə, ona “super” deyərəm. Bəlkə çox sənət insanlarının bizim xalq havalarından, mədəni irsimizdən xəbəri yoxdur. Mən Hüseyn Ərəblinskinin, Hökumə Nəcəfovanın, Süleyman Dadaşovun, Məlik Dadaşovun ailəsindənəm. Mənim üçün mədəni dəyərlər böyükdür.

Ailəmdən beş şəhid var. Röyaya görə məyus oldum, gözləmirdim. Məni görəndə “sənətkarımsan” deyən adamdan bunu gözləməzdim”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri