Yan
2020
14:11
327
93
6338
Virtual karabakh

İbrahim Tatlısəs səhnəyə geri dönür - FOTO

9 Yan, 2020
14:11
6338

İbrahim Tatlısəs səhnəyə geri dönür - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

68 yaşını qeyd edən türkiyəli müğənni İbrahim Tatlısəs səhnələrə geri dönür.

Sondakika.com xəbər verir ki, müğənni jurnalistlərlə görüşündə yeni layihələrinin olacağını açıqlayıb.

“Artıq gözlərimi də düzəltdirdim. Tezliklə proqram hazırlanacaq. Yeni mahnılar da ifa edəcəm. Hazırda bununla bağlı işlər gedir. Tez bir zamanda məni səhnələrdə görəcəksiniz”, - deyə müğənni bildirib.

Qeyd edək ki, İbrahim Tatlısəs 2011-ci ildə məruz qaldığı silahlı hücumdan sonra səhhəti ilə bağlı olaraq illərdir səhnələrdən və efirlərdən uzaq qalmaq məcburiyyətində qalıb.  

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri